6 C
Baku
Friday, November 8, 2024

Finex qrupu istiqaraz sahiblərinə dəyən ziyanı ödəyəcək

“Finex” şirkətlər qrupuna daxil olan “Finanslizinq” ASC və “FinEx Kredit” bank olmayan kredit təşkilatı öz müştərilərinə manatın məzənnəsinin dəyişməsi zamanı yaranmış zərərin ödənilməsi barədə qərar verib.

Bu qərarda korporativ istiqraz sahiblərinə dəymiş ziyanın əlavə öhdəlik vasitəsi ilə ödənişi təklif olunacaq. Bu qərar şirkətlərin öz müştəriləri qarşısında olan sosial məsuliyyətə və davamlı əməkdaşlıq əlaqələrinə əsaslanır. Qərar bütün istiqraz sahiblərinə fərdi qaydada izah olunacaq.

Qrupa daxil olan şirkətlər korporativ istiqrazların emitentidir. Bu istiqrazlarla hər ay ödənilmək şərti ilə müştəriyə illik 14% vəsait ödənilir.

Qeyd edək ki, müqavilənin vaxtından əvvəl pozulmasına görə heç bir cərimə tətbiq edilmir. Bütün qiymətli kağızlar Azərbaycan Respublikası Dövlət Qiymətli Kağızlar Komitəsindən müvafiq qaydada qeydiyyatdan keçmişdir.

Trend

Son xəbərlər
Digər xəbərlər