Finlandiya hökuməti cümə axşamı keçirilən iclasda respublika vətəndaşlığının əldə olunmasını sərtləşdirən vətəndaşlıq imtahanın tətbiqi barədə qərar qəbul edib.
Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
“İmtahanın tətbiqi vətəndaşlıq haqqında qanunun daha geniş islahatının yekun mərhələsidir və bu islahat vətəndaşlığın əldə olunması şərtlərini sərtləşdirəcək. Dəyişikliklər artıq yaşayış müddəti, dürüstlük və gəlir tələbləri ilə bağlı müddəalara edilib”, – məlumatda bildirilir.
Vətəndaşlıq əldə etmək üçün yeni şərt sosial məlumatlılıq olacaq və ərizəçilər bunu sözügedən imtahan vasitəsilə nümayiş etdirməli olacaqlar. Kifayət qədər sosial biliklərin olması imtahan nəticələrindən başqa, Finlandiya və ya İsveç dilində orta təhsil haqqında attestatın və ya universitet diplomunun mövcudluğu ilə də təsdiqlənə bilər.






