12:17
Finlandiyada hökumət istefa verib.
Baş nazir Sanna Marin hökumətin istefası ilə bağlı qərarı ölkə Prezidenti Sauli Niinistyoya təqdim edib.
Nazirlər Kabineti yenidən formalaşdırılana qədər hökumət vəzifələrini yerinə yetirəcək.
Qeyd edək ki, S.Marinin rəhbərlik etdiyi Sosial Demokrat Partiyası aprelin 2-də keçirilən parlament seçkilərində məğlub olub. Bundan sonra hökumət başçısı istefa verəcəyini açıqlayıb.
***
09:00
Finlandiya hökuməti istefa verməyə hazırlaşır.
Bu barədə prezidentin dəftərxanası məlumat yayıb.
“Baş nazir Sanna Marin cümə axşamı, aprelin 6-da Mayntyniemidə (rəhbərin iqamətgahı) Finlandiya Respublikasının Prezidenti Sauli Niinistöyə hökumətin istefasını təqdim edəcək”, – deyə məlumatda qeyd olunub.
Aprelin 2-də Marin rəhbərlik etdiyi Sosial Demokrat Partiyasının (SDP) parlament seçkilərində məğlub olduğunu etiraf edib.
O, Petteri Orponun rəhbərlik etdiyi Milli Koalisiya Partiyasının qələbəsini etiraf edib.