20 C
Baku
Friday, October 11, 2024

Finlandiya Müdafiə Komitəsi: “Hər bir Avropa ölkəsi Ukraynaya silah yardımı etməlidir”

“Hər bir Avropa ölkəsi Ukraynaya silah yardımında iştirak etməlidir”.

Bu barədə Finlandiya Müdafiə Komitəsinin rəhbəri Antti Hakkyanen bildirib.

Onun sözlərinə görə, Avropada belə bir qərar qəbul olunarsa, Finlandiya Ukraynaya “Leopard 2” döyüş tankları verəcək.

O, həmçinin bir çox Avropa ölkəsinin zirehli texnika ilə təminat imkanının Finlandiyadan daha çox olduğuna diqqət çəkib.

A.Hakkyanenin fikrincə, Ukraynaya ABŞ-dan “Bradley” tanklarının, Almaniyadan “Marder” piyada döyüş maşınlarının, eləcə də Fransadan yüngül zirehli döyüş maşınlarının verilməsi haqqında qərar çox mühüm əhəmiyyətə malikdir.

Qeyd edək ki, silah ixracı müqaviləsinə əsasən, Almaniyanın icazəsi olmadan heç bir ölkə Ukraynaya “Leopard” tankları verə bilməz. Rəsmi Berlin isə bu icazəni verməkdə tələsmir.

Son xəbərlər
Digər xəbərlər