Finlandiya Prezidenti Sauli Niinistö NATO-ya üzvlüklə bağlı qərarını mayın 12-də açıqlayacağına söz verib.
Finlandiya dövlət başçısı bu barədə keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, müvafiq qərar hökumət, siyasi partiyalar və qeyri-hökumət təşkilatları ilə aparılan danışıqlardan sonra veriləcək.
Eyni zamanda, Finlandiya dövlətinin başçısı diqqəti regionda təhlükəsizliklə bağlı dəyişmiş vəziyyətə yönəldib.
İsveçin “Expressen” nəşrinin məlumatına görə, İsveç və Finlandiya mayın 17-21-də NATO-ya üzv olmaq üçün müraciət etməyi planlaşdırır.