12 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

Finlandiya, Nigeriya və Uqandanın yeni səfirlərinin etimadnamələri qəbul edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Finlandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Kirsti Narinenin etimadnaməsini qəbul edib.

Banker.az xəbər verir ki, səfir Kirsti Narine Finlandiya Prezidenti Sauli Niinistönün salamlarını dövlətimizin başçısına çatdırdı və etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

– Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Uqanda Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Muhammad Tezikuba Kisambiranın etimadnaməsini qəbul edib.

– Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Nigeriya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yakubu Santuraki Suleymanın etimadnaməsini qəbul edib.

 

Son xəbərlər
Oxşar xəbərlər
X