16 C
Baku
Sunday, October 6, 2024

Finlandiya nümayəndə heyəti Ankarada görüşlərə başlayıb

Ankarada Finlandiya nümayəndə heyətinin Türkiyə Ədliyyə Nazirliyinin rəsmiləri ilə görüşü başlayıb.

Görüş zamanı Madriddə Türkiyə, İsveç və Finlandiya arasında son iki ölkənin NATO-ya üzv olmaqlarına dair imzalanan üçtərəfli sazişin icrası müzakirə olunacaq.

Türkiyə Ədliyyə Nazirliyinin nümayəndə heyətinə Xarici Əlaqələr və Avropa İttifaqı üzrə Baş direktor Kasım Çiçek başçılıq edir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər