Ankarada Finlandiya nümayəndə heyətinin Türkiyə Ədliyyə Nazirliyinin rəsmiləri ilə görüşü başlayıb.
Görüş zamanı Madriddə Türkiyə, İsveç və Finlandiya arasında son iki ölkənin NATO-ya üzv olmaqlarına dair imzalanan üçtərəfli sazişin icrası müzakirə olunacaq.
Türkiyə Ədliyyə Nazirliyinin nümayəndə heyətinə Xarici Əlaqələr və Avropa İttifaqı üzrə Baş direktor Kasım Çiçek başçılıq edir.