Finlandiya Prezidenti Aleksandr Stubb bu ilin noyabrında Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Bu barədə Finlandiyanın Azərbaycan və Cənubi Qafqazın digər ölkələrindəki səfiri Kirsti Narinen bildirib.
“Prezidentimizin COP29-da iştirakı göstərir ki, iqlim problemləri, o cümlədən iqlim dəyişikliyinin təsirləri, təsirlərin yumşaldılması və uyğunlaşma Finlandiya üçün böyük əhəmiyyət kəsb edir. Biz həmçinin konfransa bir qrup ekspert və biznes nümayəndə heyətini göndərəcəyik. Bizim Aİ çərçivəsində keçirilən tədbirlərdə iştirakla bağlı böyük ənənəmiz var və bu cür konfranslarda konkret nəticələr əldə etməyə çalışırıq. Tədbirə öz töhfəmizi vermək istəyirik və uğur qazana biləcəyimizə əminik”, – o deyib.