22 C
Baku
Tuesday, August 16, 2022

Finlandiya Prezidenti: “Çox güman ki, sentyabradək NATO-ya üzv ola bilməyəcəyik”

“Türkiyə ilə görüşdə tərəqqiyə nail ola bilmədik, ona görə də, çox güman ki, sentyabradək NATO-ya üzv ola bilməyəcəyik”.

Bunu Finlandiyanın Prezidenti Sauli Niinistö Avropa Parlamentinin (AP) rəhbəri Roberto Metsola ilə Helsinkidə keçirdikləri mətbuat konfransında bildirib.

“Görüşdə xüsusi tərəqqi əldə olunmasa da, müzakirələrə start verilməsindən məmnunuq. Dəqiq tarix demək istəməzdim, amma sentyabr ayınadək təşkilata üzv olmaq ehtimalımız çox azdır”, – o deyib.

Xatırladaq ki, may ayında İsveç və Finlandiya NATO-ya daxil olmaq üçün müraciət edib. Türkiyə alyansın genişlənməsinə qarşı çıxaraq bu dövlətləri terroru dəstəkləməkdə ittiham edib və bu məsələnin baxılması üçün şərtlər irəli sürüb.

MənbəReport
Son xəbərlər
Oxşar xəbərlər