Finlandiya NATO-ya daxil olduqdan sonra ölkə ərazisinə nüvə silahı idxal etmək niyyətində deyil.
Bu barədə “Yle” portalı Finlandiya Prezidenti Sauli Niinistönün sözlərinə istinadən məlumat yayıb.
Portalın məlumatına görə, milli müdafiə kurslarının açılışında çıxış edən Niinistö həmçinin kiminsə finlərə belə silah təklif etdiyinə dair heç bir əlamət olmadığını bildirib.
Finlandiya lideri əlavə edib ki, nüvə silahı NATO-nun çəkindirici qüvvələrinin tərkib hissəsidir, lakin bu, özlüyündə məqsəd deyil, profilaktika vasitəsidir.