12 C
Baku
Saturday, November 23, 2024

Finlandiya rəqəmsal sənədləri tətbiq edən ilk ölkə olub

Finlandiya dünyada rəqəmsal sənədləri sınaqdan keçirməyə başlayan ilk ölkə olub, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Hələlik yenilik test rejimində işləyir, lakin uğurlu olarsa, bütün Aİ ölkələrində işləyəcək. Mahiyyətcə “Digital Travel Credentials” pasportun rəqəmsal surətidir və sahibinə fiziki sənədləri özü ilə aparmamaq imkanı verir.

Məlumata görə, rəqəmsal pasport Helsinki hava limanında sınaqdan keçirilir və ekspertlərin fikrincə, xaricə səyahət zamanı pasport nəzarətindən keçmək üçün lazım olan vaxtı xeyli azaldacaq.

Gələcəkdə rəqəmsal pasportdan ölkə ərazisində də istifadə oluna bilər və hər bir vətəndaşa fiziki sənədlə onun elektron surəti arasında seçim etmək imkanı veriləcək.

Son xəbərlər
Digər xəbərlər