Finlandiya oktyabrın 1-dən etibarən Rusiyanın Turku şəhərindəki Baş Konsulluğunun iş icazəsini ləğv edəcək.
Bu barədə Finlandiya Prezidenti Sauli Niinistö məlumat verib.
“Rusiyanın 6 iyul 2023-cü il tarixli qərarı ilə 2023-cü il oktyabrın 1-dən Finlandiya Baş Konsulluğunu bağlamaq qərarı Finlandiyanın rusiyalı diplomatların ölkədən çıxarılması qərarına qarşı asimmetrik əks tədbir idi. Rusiyanın bu addımına cavab olaraq Finlandiya 2023-cü il oktyabrın 1-dən Turkudakı Rusiya Konsulluğunun fəaliyyət göstərməsi üçün verilmiş lisenziyanı ləğv edəcək”, – Prezident Ofisinin bəyanatında deyilir.
Qeyd olunur ki, Finlandiya Xarici İşlər Nazirliyi artıq hökumətin qərarı barədə Rusiya səfirinə məlumat verib. Bundan əlavə, Finlandiya tərəfi Aland adalarının xüsusi statusu ilə bağlı genişmiqyaslı hesabat hazırlayır və bu hesabatda Mariehamndakı Rusiya konsulluğunun taleyinə də toxunulacaq.