9 C
Baku
Tuesday, December 24, 2024

Finlandiya Rusiya qazından imtina edib

Finlandiyanın “Gasum” dövlət enerji şirkəti Rusiyanın “Qazprom Export” şirkətindən boru kəməri ilə qazın tədarükünə dair uzunmüddətli müqaviləni ləğv edib.

Bu barədə Gazeta.ru nəşri məlumat yayıb.

Bildirilib ki, “Gasum” 22 may 2023-cü il tarixində “Qazprom Export” MMC ilə uzunmüddətli təbii qaz tədarükü müqaviləsinə xitam verib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin ötən ilin martında Avropa ölkələrinə tədarük edilən Rusiya qazına görə ödənişlərin rublla həyata keçirilməsinə göstəriş verib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər