11 C
Baku
Monday, November 18, 2024

Finlandiya Rusiya səfirliyinin 9 əməkdaşını ölkədən çıxarır

Finlandiya Rusiya səfirliyinin 9 əməkdaşını ölkədən çıxarır.

Bu barədə Finlandiya hökumət kabinetinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, bu gün ölkə prezidentinin iştirakı ilə xarici işlər və təhlükəsizlik məsələləri üzrə komitənin iclası olub.

İclasda Rusiyanın Ukraynadakı müharibəsi və Avropa regionundakı təhlükəsizlik vəziyyəti müzakirə olunub.

“Bundan əlavə, görüşdə Finlandiyadakı Rusiya səfirliyində çalışan, kəşfiyyat vəzifələrində işləmiş 9 nəfərin deportasiya olunması razılaşdırılıb. Onların hərəkətləri Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına ziddir. Xarici İşlər Nazirliyi məsələ ilə bağlı Rusiya səfirini məlumatlandırır”, – məlumatda qeyd olunub.

Son xəbərlər
Digər xəbərlər