26 C
Baku
Saturday, April 27, 2024

Finlandiya rusiyalı turistlərə viza verilməsini məhdudlaşdıracaq

Finlandiya Rusiya vətəndaşlarına verilən turist vizalarının miqdarını azaltmaq niyyətini açıqlayıb. Üstünlük ölkəyə ailə vəziyyəti ilə əlaqədar, təhsil almaq və ya işləmək üçün gəlmək istəyənlərə veriləcək.

Bunu çərşənbə axşamı günü Yle telekanalının efirində Finlandiyanın xarici işlər naziri Pekka Haavisto bəyan edib.

“Finlandiya XİN rusiyalılara viza verilməsinin məhdudlaşdırılmasına dair mexanizm hazırlayıb. Buna uyğun olaraq, adi turist vizalarının miqdarı azaldılacaq, prioritet isə ailə vəziyyətinə görə, təhsil almağa və ya işləməyə gələn səyahətçilərə veriləcək”, – deyə o bildirib.

MənbəAzertac
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər