Finlandiya hökuməti yaxın günlərdə Rusiya Federasiyası vətəndaşlarının istənilən Şengen vizası ilə turizm məqsədilə ölkəyə daxil olmasını qadağan edəcək.
Bu barədə ölkənin xarici işlər naziri Pekka Haavisto bildirib.
O əlavə edib ki, Rusiya vətəndaşlarının Finlandiyaya işləmək, təhsil almaq və qohumlarına baş çəkmək üçün girişinə icazə veriləcək.
Finlandiya XİN-dən bildirilib ki, hərbi xidmətdən imtina əcnəbinin sığınacaq üçün müraciət etməsi üçün əsas deyil.