13 C
Baku
Friday, November 22, 2024

Finlandiya səfiri Rusiya XİN-ə çağırılıb

Finlandiyanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Buna səbəb Vaşinqton və Helsinki müdafiə sahəsində əməkdaşlıq haqqında saziş bağlaması olub.

Rusiya XİN-dən bildirilib ki, Moskva Finlandiya və NATO-nun təcavüzkar qərarlarına qarşı tədbirlər görəcək.

“Dekabrın 19-da Finlandiyanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona bildirilib ki, Rusiya tərəfi sərhədimizdə NATO-nun hərbi potensialının artırılmasını cavabsız qoymayacaq. Finlandiya və onun NATO müttəfiqlərinin təcavüzkar qərarlarına qarşı çıxmaq üçün lazımi tədbirləri görəcək. Bu regionda mehriban qonşuluq zonasının mümkün qarşıdurma zonasına çevrilməsinə görə məsuliyyət tamamilə Finlandiyanın hazırkı hakimiyyət orqanlarının üzərinə düşür”, deyə Rusiya XİN-nin saytında qurumun sözçüsü Mariya Zaxarova adından yayılan şərhdə qeyd olunub.

Son xəbərlər
Digər xəbərlər