9 C
Baku
Sunday, November 17, 2024

Finlandiya səfiri Rusiya XİN-ə çağırılıb

Finlandiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Oktyabrın 30-da Finlandiyanın Rusiyadakı səfiri M.Liivala Helsinkinin Rusiyaya məxsus 45 daşınmaz əmlakı müsadirə edən Finlandiya Məhkəmə İcraçıları Xidmətinin hərəkətlərinə sərt etiraz bildirmək üçün Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Rusiya tərəfi Finlandiyadan 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarını kobud şəkildə pozan bu qeyri-qanuni qərara tez bir zamanda yenidən baxılmasını tələb edib.

Səfirə bildirilib ki, əks halda Finlandiya hakimiyyətinin bu cür hərəkətlərinin nəticələrinə görə məsuliyyət Helsinkinin üzərinə düşəcək. Lazım gələcəyi təqdirdə, Rusiya tərəfinin cavab tədbirləri görəcəyi qeyd olunub.

Son xəbərlər
Digər xəbərlər