19 C
Baku
Saturday, March 25, 2023

Finlandiya sabahdan Əfqanıstandan təxliyəni dayandırır

Finlandiya avqustun 27-dən etibarən Əfqanıstandan təyyarə ilə təxliyəni dayandıracaq və quru yolla təxliyə imkanlarını nəzərdən keçirəcək.

TASS xəbər verir ki, bu barədə “Yle” telekompaniyası məlumat verib.

Bildirilib ki, həmin vaxtadək təxliyəsi baş tutmayacaq şəxslərin Pakistan və İran kimi ölkələr vasitəsilə ölkədən çıxarılması planlaşdırılır.

Xatırladaq ki, Finlandiya Əfqanıstandan öz vətəndaşlarını, həmçinin Finlandiya hakimiyyəti və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmiş əfqanları (cəmi 300 nəfərədək) təxliyə edir. Hazırda təxminən 170 nəfərin təxliyə üçün gözlədiyi bildirilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər
X