10 C
Baku
Bazar ertəsi, Oktyabr 25, 2021

Finlandiya sakinlərinə peyvənddən sonra yaranan yan təsirlərə görə €2000 ödənilib

Finlandiya sakinlərinə peyvənddən sonra yaranan yan təsirlərə görə 2 min avro təzminat ödənilib.

Banker.az “Secretmag”a istinadən xəbər verir ki, bu barədə yerli “Yle” teleradio korporasiyası məlumat verib. Bildirildiyi kimi, 400 yerli sakin ödəniş üçün müraciət etsə də, onlardan yalnız 90-ı tibbi risk sığortası şirkətindən pul alıb.

Sığorta şirkətinin baş direktoru Tina Hellqren təzminatın yalnız yan təsirlərin iki həftədən çox davam etdiyi və müalicə xərclərinin 85 avronu keçdiyi halda almaq mümkün olduğunu vurğulayıb.

Koronavirus əleyhinə peyvənddən sonra ortaya çıxan yan təsirlərə səpgi, allergik reaksiyalar, limfa düyünlərinin şişməsi, baş ağrısı və yüksək hərarət qeydə alınıb.

“Bəzi digər fərdi səbəblərə görə də təzminat ödənilib, lakin məlumatların məxfi olması səbəbindən hələ açıqlanmır”, – deyə Tina Hellqren əlavə edib. Onun sözlərinə görə, təzminat tələblərinin böyük hissəsi rədd cavabını alıb. Belə ki, ekspertlər peyvəndlə ərizəçinin vəziyyəti arasında əlaqə qura bilməyib.

Xatırladaq ki, indiyədək Finlandiyada 6.7 milyon insan peyvənd olunub. Eyni zamanda ölkədə qan laxtalanması ilə əlaqəli yan təsirlərin yalnız altı ağır hadisəsi qeydə alınıb. Beş nəfər ölüb, lakin hökumət hələ də bu faktları şərh etməyib.

Peyvənddən sonra yaranan yan təsirlərə görə təzminat ödəyən daha bir ölkə Sinqapurdur. Bu ölkə 144 yerli sakinə 782 min Sinqapur dolları və ya 576 min ABŞ dolları həcmində təzminat ödəyib.

Son xəbərlər
Oxşar xəbərlər