İranda fəaliyyət göstərən Finlandiya şirkətlərinin əksəriyyəti Prezident Donald Tramp tərəfindən rəsmi Tehrana qarşı tətbiq etdiyi sanksiyalardan sonra ölkəni tərk edib.
Banker.az Report-a istinadən xəbər verir ki, bu barədə Finlandiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Pekka Kosonen bildirib.
“Dəqiq rəqəmləri bilmirik, ancaq yaxınlarda İranda, təxminən, 70 Finlandiya şirkəti fəaliyyət göstərib və ya nümayəndə ilə təmsil olunub. Onlardan 20-30-u ölkədə qalıb”, – o deyib.
Qeyd edək ki, noyabrın 5-də ABŞ-ın İrana qarşı sanksiyaları qüvvəyə minib. Sanksiyalar neft ixracını əhatə edəcək. Rəsmi Vaşinqton İran neftinin ixracını sıfıra endirmək məqsədini elan edib və onun alıcılarını bu cür alışdan imtina etməyə çağırıb.