9 C
Baku
Monday, November 18, 2024

Finlandiya Türkiyə ilə NATO danışıqlarında irəliləyiş olduğunu açıqlayıb

Brüsseldə Finlandiya, İsveç və Türkiyə nümayəndə heyətləri arasında NATO-ya üzvlük məsələsi üzrə keçirilən danışıqlarda irəliləyiş əldə edilib.

Danışıqların NATO Katibliyində aparıldığı, Finlandiya nümayəndə heyətinə Prezidentin xarici və təhlükəsizlik siyasəti üzrə müşaviri Petri Hakkaraynen başçılıq etdiyi vurğulanır. Müzakirələr təxminən beş saat davam edib.

“Bəzi məsələlərdə aydın irəliləyiş əldə olunub, digərləri üzrə isə konsensusa nail olmaq üçün hələ çox var. Əldə edilən nailiyyətlərlə bağlı paytaxtda müzakirələr aparılacaq. Ümumi məqsəd müzakirələri mümkün qədər tez davam etdirməkdir”, – məlumatda deyilir.

Mayın 18-də Finlandiya və İsveç Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı fonunda alyansa qoşulmaq üçün NATO-nun baş katibinə ərizə təqdim ediblər. Türkiyə bu müraciətlərə baxılması prosesinin başlamasını əngəlləyib. Türkiyə Finlandiya və İsveçdən NATO-ya daxil olmasına razılıq verməzdən əvvəl silah ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmaq və PKK terrorçularına dəstəkdən imtina etmək üçün yazılı təminat tələb edir. Hər iki ölkə PKK tərəfdarlarına açıq dəstək verir, bu ölkədə terrorçuların aksiyaları keçirilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər