3 C
Baku
Saturday, December 14, 2024

Finlandiya Türkiyənin tələbini yerinə YETİRMƏDİ

Finlandiya hakimiyyəti Ankaranın Şimali Atlantika Alyansına (NATO) qoşulmasına razılıq verməsi üçün şərtlərindən birini yerinə yetirməkdən imtina edib.

Bu barədə Finlandiyanın “İlta-Sanomat” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Finlandiya PKK və FETO terror qruplaşmalarının üzvlərini Türkiyəyə ekstradisiya etməkdən imtina edib.

Qəzetin yazdığına görə, Finlandiya rəsmiləri Ankaranın tələb etdiyi 10 nəfərdən ikisini artıq ekstradisiya edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin İsveçlə yanaşı Finlandiyanın da NATO-ya üzvlüyünü təsdiq edə bilməyəcəyini söyləyib. Səbəblərdən biri də bu ölkələrin terrorçuları dəstəkləməsidir. May ayında İsveç və Finlandiyanın terror təşkilatlarının 33 üzvünü Türkiyəyə ekstradisiya etməkdən imtina etdiyi bildirilib.

Son xəbərlər
Digər xəbərlər