Finlandiya Türkiyəyə silah ixracına lisenziya verib. Bu da 2019-cu ildən bəri ilk haldır.
Bu barədə “Hufvudstadsbladet” nəşri məlumat yayıb.
Bildirilib ki, ixrac icazəsi Finlandiyanın “Miilux” polad şirkətinə verilib. Bu şirkət Türkiyəyə hərbi texnika üçün 12 min ton zireh tədarük etmək niyyətindədir.