Finlandiya Ukraynaya əlavə hərbi yardım göndərəcək.
Bu barədə “Yle” yayım portalı məlumat yayıb.
“Bu barədə qərar Dövlət Şurasının təklifinə uyğun olaraq Prezident tərəfindən qəbul edilib”, – məlumatda deyilir.
Əlavə yardım Ukraynanın ehtiyaclarını və Finlandiya Müdafiə Qüvvələrinin resurslarını nəzərə almaqla həyata keçiriləcək.
Söhbət Ukraynaya altıncı hərbi yardım paketindən gedir.