26 C
Baku
Saturday, July 27, 2024

Finlandiya Ukraynaya 160 mln. avroluq hərbi yardım göndərib

Finlandiya Ukraynaya 160 milyon avro məbləğində hərbi yardım göndərib.

Bu barədə Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi yanında Strateji Kommunikasiyalar və İnformasiya Təhlükəsizliyi Mərkəzi məlumat yayıb.

Amma Finlandiyanın yeni hərbi paketinə hansı silah-sursatların daxil olduğu barədə məlumat verilməyib.

Bildirilib ki, buna səbəbə Finlandiya hakimiyyətinin yardım paketinə nələrin daxil olduğu barədə məlumatı açıqlamamağı xahiş etməsidir.

Xatırladaq ki, ötən gün Finlandiyanın Ukraynaya “Leopard” tanklarını təhvil verməyə hazır olması barədə məlumat verilmişdi.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər