15 C
Baku
Tuesday, October 15, 2024

Finlandiya Ukraynaya hərbi yardım çərçivəsində 118 mln. avro ayırır

Finlandiya 25-ci hərbi yardım paketi çərçivəsində Ukraynaya 118 milyon avro tədarük edəcək, dəstəyin ümumi məbləği təxminən 2.3 milyard avro təşkil edəcək. Bu barədə respublika hökuməti məlumat yayıb.

Əməliyyat səbəblərindən, habelə yükün təyinat yerinə təhlükəsiz çatdırılmasını təmin etmək məqsədilə yardımın təşkili, çatdırılma üsulu və qrafiki haqqında daha ətraflı məlumat verilməyib. Bu barədə qərar sentyabrın 13-də səhər saatlarında prezident və hökumətin birgə iclasında qəbul edilib, Banker.az bu barədə Vedomosti-yə istinadən xəbər verir.

Finlandiya prezidenti Aleksander Stubb “Gazeta Wyborcza” (GW) nəşrinə verdiyi müsahibədə finlərin Rusiya ilə qarşıdurmadan qorxmadığını bildirib.

Kreml vurğulayıb ki, silahların Ukraynaya ötürülməsi müharibənin gedişatını dəyişməyəcək, əksinə, döyüş əməliyyatlarının müddətini artıracaq.

Son xəbərlər
Digər xəbərlər