Finlandiya Ukraynaya növbəti, 13-cü hərbi yardım paketini təsdiqləyib.
Bu barədə Finlandiya Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, hərbi yardım paketinə müxtəlif müdafiə avadanlıqları ilə yanaşı, həm də 3 “Leopard 2” tankı daxildir. Sözügedən tanklardan istifadə ilə bağlı Ukrayna hərbçilərinə təlimlər də keçiriləcək.
Məlumata görə, Ukraynaya 13-cü yardım paketinin ümumi dəyəri 160 milyon avrodan çoxdur.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb.