26 C
Baku
Saturday, July 27, 2024

Finlandiya Ukraynaya yeni hərbi yardım hazırlayır

Finlandiya Ukraynaya hərbi yardım hazırlayır. Bu artıq 13-cü paket olacaq, lakin ora nələrin daxil olacağı hələ məlum deyil.

Bunu Finlandiyanın xarici işlər naziri Pekka Haavisto açıqlamasında deyib.

“Finlandiya Ukraynaya “Leopard” tanklarının tədarükü ilə bağlı hələ yekun qərar verməyib”.

Onun sözlərinə görə, hazırda Ukraynaya ağır texnikanın göndərilməsi ilə bağlı intensiv müzakirələr gedir.

“Bu və ya digər şəkildə biz bu təşəbbüsün tərkib hissəsi olacağıq, ona görə də biz Almaniya, Polşa və digər ölkələrlə daim dialoq aparırıq”, – nazir bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər