23 C
Baku
Monday, July 15, 2024

Finlandiya Ukraynaya yeni hərbi yardım paketini elan edib

Finlandiya Ukraynaya növbəti hərbi yardım paketini elan edib.

Bu barədə Finlandiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Prezidenti hökumətin təklifi əsasında bu gün bu məsələ ilə bağlı qərar imzalayıb.

Bu, Finlandiyadan Ukraynaya göndərilən on altıncı müdafiə yardımı paketidir. Nazirlik bildirib ki, hərbi yardım paketinə zenit silahları və döyüş sursatları daxildir. Hərbi yardımın 109 milyon avroya başa gələcəyi qeyd olunub.

“Finlandiya beynəlxalq tərəfdaşlarımızla birlikdə Ukraynanı dəstəkləməyə davam edəcək. Finlandiyanın Ukraynaya göndərdiyi bütün müdafiə yardım paketlərinin dəyəri hazırda 1.1 milyard avro təşkil edir”, – müdafiə naziri Antti Kaykkonen bildirib.

Əməliyyat səbəblərinə görə və yardımın təhlükəsiz çatdırılmasına zəmanət vermək üçün yardımın konkret məzmunu, çatdırılma marşrutu barədə əlavə məlumat verilməyəcəyi qeyd olunub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər