28 C
Baku
Saturday, August 13, 2022

Finlandiya və İsveç NATO-ya üzv olmaq üzrə danışıqları bir raundda başa vurublar

Finlandiya və İsveç bu gün NATO-ya üzv olmaq üzrə danışıqlara başlayıb və bir raundda danışıqları başa vurublar.

Bu barədə NATO-nun yaydığı bəyanatda deyilir.

“Finlandiya və İsveç iyulun 4-də NATO-nun Madriddə keçirilən sammitində əldə olunan razılaşmaya uyğun olaraq NATO-ya üzv olmaq üzrə danışıqları başa çatdırıblar. Hər iki ölkə NATO üzvlüyünün nəzərdə tutduğu siyasi, hüquqi və hərbi öhdəlikləri yerinə yetirmək istəyi və bacarıqlarını təsdiqləyib”, – deyə bəyanatda bildirilir.

Qeyd edilir ki, danışıqlar başa çatdıqdan sonra alyans üzrə müttəfiqlər iyulun 5-də NATO-nun mənzil-qərargahında Finlandiya və İsveçin alyansa qoşulması haqqında protokolları imzalamalıdırlar.

Növbəti mərhələdə protokollar milli prosedurlara uyğun olaraq ratifikasiya edilməsi üçün NATO ölkələrinə göndəriləcək.

 

 

Son xəbərlər
Oxşar xəbərlər