30 C
Baku
Thursday, June 30, 2022

Finlandiyada 40 ildən sonra ilk dəfə atom elektrik stansiyası işə salınıb

Finlandiya 40 ildən sonra ilk dəfə “Olkiluoto” atom elektrik stansiyası işə salınıb.

Banker.az xəbər verir ki, onun ölkənin elektrik enerjisinin təxminən 14%-ni istehsal edəcəyi gözlənilir.

İşə başladıqdan sonra istehsal səviyyəsi tədricən artacaq. Şirkətdən bildiriblər ki, 2022-ci ilin yanvar ayının sonunda qurğu milli şəbəkəyə qoşulduqda elektrik enerjisi istehsalına başlanacaq.

“Olkiluoto” atom enerji stansiyası Qərbi Finlandiyada Baltik dənizinin Botniya körfəzinin sahilində yerləşir. Stansiyada artıq iki işlər reaktor var ki, bu da ölkənin enerji istehlakının 16%-ni təmin edir. Üçüncünün tikintisinə 2005-ci ildə başlanılıb, onun dəyəri 9 milyard avro olaraq qiymətləndirilir.

Son xəbərlər
Oxşar xəbərlər