1 C
Baku
Saturday, December 14, 2024

Finlandiyada Rusiyanın əmlakına həbs qoyulub

Finlandiya hakimiyyəti Avropa İttifaqının sanksiyalarına əsasən Helsinkidə Rusiya Elm və Mədəniyyət Mərkəzinin binasına həbs qoyub.

Bu barədə “Helsingin Sanomat” qəzeti məlumat yayıb.

Nəşrin qeyd etdiyi kimi, bu aktivlərə məhdudiyyətlərin tətbiqi barədə qərar dövlət məhkəmə icraçıları tərəfindən Xarici İşlər Nazirliyinin müvafiq müraciəti ilə əlaqədar bir həftə əvvəl qəbul edilib.

Həbs müddətində Rusiya və onun strukturlarına sahəsi 3.3 min kvadratmetrdən çox olan bu əmlakı təhvil vermək və ya girov qoymağa icazə verilmir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər