15 C
Baku
Monday, May 6, 2024

Finlandiyada tətil bir neçə böyük zavodun fəaliyyətini dayandıracaq

Finlandiyada ikigünlük kütləvi tətillər keçiriləcək.

Bu barədə “Helsingin Sanomat” (HS) nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, tətillər Kilpilahti və Kokkola sənaye rayonlarında, o cümlədən “Neste” neft emalı şirkətinin zavodlarında keçiriləcək.

Bildirilib ki, bəzi zavodlarda iş fəaliyyəti dayandırılacaq.

Qeyd olunur ki, 7 minə yaxın insanın iştirakı gözlənilir. Etiraz aksiyalarının keçirilməsinə səbəb işçilərin hökumət islahatlarından narazılığıdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər