Finlandiya Ukrayna üçün nəzərdə tutulan yeni hərbi yardım paketini təsdiq edib.
Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, qərar ölkə prezidenti tərəfindən qəbul edilib. Yeni paketə bir sıra hərbi texnikalar daxildir.
Hansı silahların tədarük ediləcəyi açıqlanmayıb.