14 C
Baku
Saturday, November 23, 2024

Finlandiyanın “Nosto” bankomatları “UnionPay” kartlarının qəbulunu dayandırır

Finlandiyanın “Nosto” bankomatları “rusların yüksək bank fəaliyyəti” səbəbindən “UnionPay” kartlarının qəbulunu dayandıracaq. Bildirilir ki, qərar oktyabrın 3-də qüvvəyə minəcək.

“Son həftələrdə ruslar Finlandiyanın şərq sərhədində və xüsusilə cənub-şərqi Finlandiyada bir neçə saat ərzində nağd pul çıxarmaq üçün bankomatları boşaltmağa davam ediblər. Bundan əvvəl bankomatlarda nağd pul bir neçə günə kifayət edirdi”, – mesajda bildirilir.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Daha əvvəl “UnionPay” xaricdə buraxılmış kartlarının Rusiya ərazisində qəbulunu məhdudlaşdırmışdı. “Visa” və “MasterCard” getdikdən sonra Rusiyada işləyən yeganə beynəlxalq ödəniş sistemi “UnionPay” olmuşdu.

Son xəbərlər
Digər xəbərlər