24 C
Baku
Thursday, June 30, 2022

Finlandiyanın “Gasum” şirkəti Rusiyadan qaz tədarükünü dayandıracaq

Finlandiyanın “Gasum” dövlət qaz şirkəti mayın 20-si, yaxud 21-də Rusiyadan təbii qaz tədarükünü dayandıracaq.

Banker.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yer alıb.

Şirkətin açıqlamasına əsasən, “Gasum” mümkün fövqəladə vəziyyətə hazırlıq işlərini davam etdirməyi planlaşdırır. Qarşıdan gələn yay mövsümündə şirkət finlandiyalı müştəriləri “Balticconnector” kəməri vasitəsilə təbii qazla təmin etməyə çalışacaq.

Bildirilib ki, mayın 17-də “Gasum” “Gazprom”un tədarük etdiyi qazın pulunun rublla ödənilməsi tələbini yerinə yetirməyəcəyini bildirmişdi.

Qeyd edək ki, martın 23-də Rusiya Prezidenti Vladimir Putin Rusiya qazının dost olmayan dövlətlər tərəfindən rublla ödənilməsi ilə bağlı tapşırıq verib.

MənbəReport
Son xəbərlər
Oxşar xəbərlər