11 C
Baku
Monday, November 25, 2024

Finlandiyanın lift istehsalçısı Rusiyadakı biznesini satır

Finlandiyanın lift istehsalçısı “Kone” şirkəti Rusiyadakı biznesini top-menecerlərinə satmaq və bu ölkədə fəaliyyətini həmişəlik dayandırmaq planlarını açıqlayıb, Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

“KONE korporasiyası ilə gələcək sahiblər arasında müvafiq müqavilə 28 iyun 2022-ci ildə imzalanıb. Əməliyyatın strukturu və dəyəri hələ açıqlanmayıb, onun Rusiyanın tənzimləyici orqanları tərəfindən təsdiqindən sonra 2022-ci ilin dördüncü rübündə bağlanacağı gözlənilir”, – mesajda deyilir.

Mətbuat xidmətindən bildirilib ki, şirkət Rusiyada fəaliyyət göstərən lift və eskalatorlara texniki xidmət göstərəcək, avadanlıqlara zəmanət altında xidmət göstərməyə davam edəcək. Şirkət həmçinin icrada olan bütün layihələri yekunlaşdıracaq və avadanlıqları müştərilərə təhvil verəcək. Biznesin satışına dair müqavilənin imzalandığı tarixdən və sövdələşmənin bağlanmasından sonra üç ay ərzində “Kone” quraşdırılmış avadanlığın işləməsini təmin etmək üçün ehtiyat hissələrinin tədarükünü bərpa edəcək.

Müqavilə bağlandıqdan sonra şirkət müstəqil və başqa ad altında fəaliyyət göstərəcək. “KONE liftlərinin və eskalatorlarının Rusiyaya tədarükünü bərpa etmək planları yoxdur, lakin elektrik qaldırıcı avadanlıqlara olan tələbatı ödəmək üçün şirkət digər istehsalçıların məhsulların tədarükü imkanlarını araşdıra biləcək”, – şirkət qeyd edib.

Son aylarda Rusiyada yüksək sürətli liftlərin çatışmazlığı müşahidə olunur. Bunun səbəbi “Kone” və “Otis” şirkətlərinin ölkədəki fəaliyyəti dayandırması olub.

Son xəbərlər
Digər xəbərlər