22 C
Baku
Friday, April 19, 2024

Finlandiyanın “susqunlar çölü”

Ölkənin şimal-şərqində, kiçik Suomussalmi şəhərciyindən bir neçə 10 kilometr ərazidə insan müqəvvaları ilə doldurulmuş böyük bir ərazi yerləşir. Buradakı müqəvvaların ümumi sayı minə yaxındır. Bu “ordu” günün başlanğıcında dəhşətli görünsə də, hər şey sonradan dəyişir.

Fin dilində bu susqun insanlar “Hiljainen Kansa” adlanır. Bu layihənin rəhbəri isə yerli rəssam Reyo Kela-dır. O belə bir işini ilk dəfə 27 il əvvəl paytaxtın şəhər ətrafı ərazilərindən birində yaratmışdı. 6 ildən sonra bu “susqun insanlar” Helsinkidə Senator meydanına qədər gəlib çatır. Elə həmin ildə onlar hazır ki əraziyə “köçür” və bu günə qədər orada qalır. İldə iki dəfə könüllü şəxslər bu müqəvvaların geyimlərini dəyişirlər. Müəllif  hələ də bu “susqun insanların” kim olduğunu etiraf etməyib.

1427958512_4

1427958537_3

1427958528_2

Son xəbərlər
Digər xəbərlər