13 C
Baku
Friday, November 22, 2024

Finlandiyanın yeni prezidenti bəlli olub

Finlandiyada keçirilmiş prezident seçkilərinin ikinci turunda keçmiş baş nazir Aleksandr Stubb 51,6 faiz səslə qalib olub.

Bülletenlərin 100 faizi sayılıb.

Sayımın sonucuna görə, keçmiş xarici işlər naziri Pekka Haavisto 48,4 % səs toplayıb.

Namizədlər arasında fərq 99 min səsdən az olub. Bu fərq prezident seçkilərinin ikinci turunun tarixində ən kiçiyi olub.

İkinci turda seçici fəallığı 70,7 faiz olub. Birinci turda seçici fəallığı 75 faiz olub.

Stubb martın 1-dən Finlandiya prezidenti olacaq.

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər