15 C
Baku
Friday, March 29, 2024

“Finoko” BOKT bazarda mövqeyni gücləndirməyə cəhd edir

“Finoko” ASC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 2,6 milyon manat və yaxud 2,15 dəfə artıraraq 2,255 milyon manatdan 4,855 milyon manata çatdıracaq.

Bu barədə BOKT-un baş direktoru Turan İsmayılov məlumat verib. Məlumat Report agentliyinə verilib.

Onun sözlərinə görə, kapital artımı “Finoko”nun ötən il əldə etdiyi xalis mənfəət, eləcə də əlavə vəsait hesabına baş tutacaq. Artımdan sonra BOKT-un səhmdarlarının pay bölgüsü dəyişməyəcək.

Xatırladaq ki, “Finoko” 2014-cü ildən fəaliyyət göstərir. Onun səhmdarları Elçin Əliyev (Müşahidə Şurasının sədri) və Elmar Əliyevdir (Müşahidə Şurasının üzvü).

Son xəbərlər
Digər xəbərlər