-3 C
Baku
Sunday, December 15, 2024

“Finoko” BOKT kreditə görə “Uluturan” şirkətini məhkəməyə verib

“Finoko” BOKT ASC  “Uluturan” MMC-ni məhkəməyə verib.

Banker.az xəbər verir ki, “Finoko” BOKT ASC-nin iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır.

“Finoko” BOKT ilə”Uluturan” MMC-nin arasındakı məhkəmə çəkişməsinin səbəbi isə müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Kredit müqaviləsi üzrə mübahisələrdir.

Onu da qeyd edək ki, “Finoko” BOKT ASC-nin səhmdarları Əliyev Elçin Rəşid oğlu (242 750 səhm, nizamnamə kapitalında payı 50%) və Əliyev Elmar Rəşid oğludur (242 750 səhm, nizamnamə kapitalında payı 50%).

Xatırladaq ki, Uluturan MMC şirkəti 2017 -ci ildə Bakı şəhəri, Azərbaycan Republikasında yaradılmışdır. Əsas fəaliyyəti neft ayırma və neft kimya zavodlarının və digər sənaye zavodlarının ağır və sabit qurğularının dizayn və istehsal edilməsidir. Bununla yanaşı, metal qırıntıları və neft məhsullarının alqı-satqısını da həyata keçirir.

 

Son xəbərlər
Digər xəbərlər