14 C
Baku
Saturday, November 23, 2024

“Finoko” BOKT ötən ili 481 min manatlıq xalis mənfəətlə başa vurub

“Finoko” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2018-ci ili 481 min manat xalis mənfəətlə başa vurub.

 BOKT-un maliyyə hesabatına istinadən xəbər verilir ki, bu, 2017-ci ilə nisbətən 18,5 dəfə çoxdur.

Ötən il “Finoko”nun gəlirləri 3,418 milyon manat, o cümlədən faiz gəlirləri 2,842 milyon manat, qeyri-faiz gəlirləri 576 min manat, xərcləri 2,816 milyon manat, o cümlədən faiz xərcləri 1,447 milyon manat, qeyri-faiz xərcləri 1,369 milyon manat, xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti 1 min manat, mənfəət vergisi ödəmələri isə 122 min manat təşkil edib.

Bu il yanvarın 1-nə “Finoko”nun aktivləri 23,665 milyon manat olub ki, bu da illik müqayisədə 70,9% çoxdur. Bunun 14,016 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə BOKT-un kredit portfeli 23,8% böyüyüb.

Hesabat dövründə “Finoko”un öhdəlikləri 65,1% artaraq 20,44 milyon manata, balans kapitalı isə 2,2 dəfə artaraq 3,225 milyon manata çatıb.

©Renkinq

Son xəbərlər
Digər xəbərlər