23 C
Baku
Saturday, April 20, 2024

“Finoko” BOKT-un mənfəəti 3 dəfəyə yaxın azalıb

“Finoko” ASC bank olmayan kredit təşkilatı (BOKT) bu ilin I yarısını 65 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə BOKT-un mənfəəti 186 min manat olub ki, bu da illik müqayisədə 2.9 dəfə azdır.

Banker.az bu barədə BOKT-un yarımillik hesabatına istinadən xəbər verir.

Yanvar-iyun aylarında “Finoko”in faiz gəlirləri 2 milyon 936 min manat, faiz xərcləri 1 milyon 781 min manat, qeyri-faiz gəlirləri 311 min manat, qeyri-faiz xərcləri isə 1 milyon 406 min manat təşkil edib.

Bu il iyulun 1-nə “Finoko”nun aktivləri 34 milyon 833 min manat olub ki, bu da illik müqayisədə 1.3% azdır. Bunun 22 milyon 260 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, BOKT-un kredit portfeli 3% böyüyüb.

Qeyd edək ki, “Finoko” BOKT ASC-nin təsisçiləri Elçin Əliyev (50%) və Elmar Əliyev (50%) qardaşlarıdır.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər