12 C
Baku
Saturday, November 23, 2024

“Finoko” BOKT yarımilliyi zərərlə başa vurub

“Finoko” BOKT ASC 2024-cü ilin yanvar-iyun aylarını 29 min manat zərərlə başa vurub. Ötən ilin 1-ci yarımilliyində BOKT 65 min manat mənfəət əldə etmişdir.

Banker.az bu barədə BOKT-un yarımillik hesabatına istinadən xəbər verir.

Bu ilin 6 ayında “Finoko” BOKT-un cəmi gəlirləri 2 milyon 811 min manat (əvvəlki ilə nisbətən 13.4% az) təşkil edib.

BOKT-un cəmi aktivlərinin həcmi isə 34 milyon 833 min  manatdan 35 milyon 343 min manata yüksəlib.

“Finoko” BOKT ASC-nin təsisçiləri Elçin Əliyev (50%) və Elmar Əliyev (50%) qardaşlarıdır.

 

Son xəbərlər
Digər xəbərlər