9 C
Baku
Tuesday, November 5, 2024

Fintech banklara qarşı: Bazel komitəsi tərəfindən TOP-5 ssenari

Beynəlxalq maliyyə nəzarətçisi Fintech-in banklara təsirinin ən mümkün  variantlarını təqdim etdi.

Banker.az xəbər verir ki, Bank nəzarəti üzrə Bazel Komitəsi fintech-in banklara potensial təsirini təsvir edən beş ssenari təqdim etdi.

Komitənin sənədində maliyyə xidmətləri üzrə texnoloji innovasiyaların bank sektoru və nəzarət orqanlarının fəaliyyətinə qısa və daha uzun müddətdə necə təsir göstərəcəyi qiymətləndirilir.

Komitə tərəfindən təsvir edilən beş ssenari bu sektorun təhlili və bank fəaliyyətinə nəzarət orqanlarının sorğusuna əsaslanır:

  • Ən yaxşı bank – sektorda fəaliyyət göstərən mövcud oyunçuların modernləşdirilməsi və rəqəmsallaşdırılmasını nəzərdə tutur.
  • Yeni bank – mövcud oyunçuların yeni innovasiyalı banklar ilə əvəzlənməsi.
  • Paylanmış bank – maliyyə xidmətlərinin ixtisaslaşdırılmış fintech şirkətləri və fəaliyyət göstərən mövcud banklar arasında paylanması.
  • Kənarlaşdırılmış bank – mövcud banklar xidmət təminatçıları olur, müştərilərlə münasibətlərə isə yeni vasitəçilər nəzarət edir.
  • Vasitəçisiz bank – müştərilər maliyyə xidmətləri göstərən təminatçılarla birbaşa əməkdaşlıq etdikləri üçün banklar aktuallığını itirir.  

Mövcud müşahidələrə əsasən, əvvəllər bank sektoru bir sıra yeniliklərə məruz qalsa belə, yeni texnologiyaların sürətli tətbiqi və yeni biznes-modellərin meydana çıxması bank sektorunun faktiki olaraq nəzərdən keçirilən bütün ssenarilərində mövcud banklar üçün çoxsaylı imkanlar və risklər yaradır.

Bank nəzarəti üzrə Bazel Komitəsi

Son xəbərlər
Digər xəbərlər