-3 C
Baku
Sunday, December 15, 2024

Fintex sahibkar şirkətə birbaşa özü rəhbərlik edəcək

Azərbaycanda ödəniş sistemləri bazarında fəaliyyət göstərən “FinDynamix” MMC-nin şirkətlərindən birinin rəhbəri dəyişib və təsisçi özü şirkətin icra orqanın səlahiyyətini üzərinə götürüb.

Banker.az xəbər verir ki, “Findynamix”in törəmə şirkəti “CİBPAY” MMC-nin yeni direktoru Söhrab Fərhadov Cəbrayıl oğludur. O həmçinin “FinDynamix” MMC-nin həmtəsisçisidir və prezident vəzifəsini yerinə yetirir. Sahibkar rəhbərlik dəyişikliyinin “CİBPAY” MMC-nin Mərkəzi Bankdan ödəniş təşkilatı lisenziyası almaq üçün müraciəti ilə əlaqələndirib.
Buna qədər isə “CİBPAY” MMC-nin rəhbəri Sadıxov Valid Fuad oğlu idi. V.Sadıxov paralel olaraq digər törəmə şirkət “CİB Sığorta Agentliyi” MMC-nin də rəhbəridir.

“CIB” mobil tətbiqi 2019-cu ilə qədər ölkənin kart prosessinq mərkəzi olan “MilliKart” MMC-yə məxsus idi; həmin il “Findynamix” şirkəti mobil tətbiqi alaraq yeni fintex ekosistemi qurmağa başlayıb. “CİB” ekosistemi müxtəlif ödəniş həlləri və biznesin rəqəmsallaşması istiqamətində ekosistem həlləri quran yenilikçi bir şirkətdir. Söhrab Fərhadov yaxın zamanda Azərbaycanda və xarici ölkələrdə layihələri ilə bağlı yeni xəbərlərin olacağı anonsunu verib.

Fintex sahibkarı Söhrab Fərhadov həmçinin 2016-cı ildən prosessinq mərkəzi “MilliKart” MMC-nin Direktorlar Şurasının sədridir. Belə ki, MilliKartın EBRD-yə aid olan payı 2016-cı ildə “Urbis Holding Inc.” tərədəindən satın alındıqdan sonra, S.Fərhadov şirkətin səlahiyyətli nümayəndəsi kimi rəhbərliyə təyinat almışdı.

Son xəbərlər
Digər xəbərlər