2 C
Baku
Saturday, December 14, 2024

Fintex-startap “Revolut” $33 mlrd. qiymətləndirmə ilə $800 mln. cəlb edib

Avropanın ən bahalı fintex-startapı “Revolut” 33 milyard dollar qiymətləndirmə ilə 800 milyon dollar cəlb edib. İnvestorlar qismində “Vision Fund 2” və “Tiger Global” çıxış edib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Verilən məlumata görə, bu gün “Revolut”un 16 milyondan çox müştərisi var və şirkət ayda 150 milyondan çox əməliyyat həyata keçirir. Xidmət cəlb etdiyi investisiyaları marketinq, yeni məhsulların inkişaf etdirilməsi və beynəlxalq ekspansiyaya xərcləməyi planlaşdırır.

“Revolut” 2014-cü ildə Nikolay Storonski və Vlad Yasenko tərəfindən yaradılıb. 2020-ci ilin fevralında xidmət 5.5 milyard dollar qiymətləndirmə ilə 500 milyon dollar, iyulda isə daha 80 milyon dollar cəlb edib.

“Revolut” – bank xidmətidir, onun vasitəsilə hesab açmaq, kredit götürmək və digər bir sıra maliyyə əməliyyatlarını həyata keçirmək mümkündür.

İyunun 21-də xidmət 2020-ci il hesabatını təqdim edib: xərclər iki dəfə artaraq 280 milyon dollara, gəlir isə 57% artaraq 361 milyon dollar səviyyəsinə çatıb.

Son xəbərlər
Digər xəbərlər