24 C
Baku
Thursday, April 18, 2024

Fırıldaqçı Kriştianu Ronaldudan təxminən €300 min oğurlayıb

Portuqaliyalı futbolçu Kriştianu Ronaldu fırıldaqçının qurbanı olub.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Qadın turagenti idmançının bank kartı məlumatlarından istifadə edərək ondan 280 min avro çıxara bilib.

Qeyd edək ki, Ronaldu itkini hiss etməyib. Kriştianu Ronaldunun agenti Jorje Mendeş daha çox zərər çəkib – o, 350 min avro itirib. Fırıldaqçının işlədiyi turizm agentliyi oğurlanan pulu zərərçəkənlərə geri qaytarıb.

“Jornal de Noticias” qəzetinin verdiyi məlumata görə, turagent Mariya Silva hələ 2007-ci ildə futbolçudan pul oğurlamağa başlayıb. Nəşr Silvanın varlı müştərilərin kredit kartlarından imtiyazlı şəkildə istifadə etdiyini və “Geostar” turizm agentliyinin təhlükəsizlik sistemini aldada bildiyini qeyd edir.

Şirkət rəhbərliyi fırıldaqçılıq sxemini yalnız 2010-cu ildə açıqlayıb. Qadın günahkar olduğunu etiraf edib. O, məhkəmədə “həddindən çox istehlak etmək patologiyası” kimi xəstəlikdən əziyyət çəkdiyini söyləyib. 2017-ci ildə Silva 4 il həbs cəzasına məhkum edilib. Hazırda turagent təmizlikçi işləyərək agentliyə təzminat ödəməyə davam edir.

Silvanın aldatdığı digər futbolçular arasında “Manchester United” futbol klubunun keçmiş oyunçusu Manuel Fernandeş olub.

Xatırladaq ki, daha əvvəl “Manchester United” və geyim istehsalçısı “Adidas” üzərində Kriştianu Ronaldunun nömrəsi olan forma almaq istəyən azarkeş axınının öhdəsindən gələ bilməmişdi. Klub portuqaliyalının 7 nömrəli komandada oynayacağını elan etdikdə, idmançının formasının nüsxələri bir neçə saat ərzində satılıb.

Son xəbərlər
Digər xəbərlər